SOSİUM

“ASAN xidmət”də işləmək istəyənlər üçün müsahibə keçiriləcək - TARİX AÇIQLANDI
24 İYUL
2344

“ASAN xidmət”də işləmək istəyənlər üçün müsahibə keçiriləcək - TARİX AÇIQLANDI

2019-07-24 18:21:00

“ASAN xidmət”də işləmək istəyənlər üçün keçiriləcək müsahibənin vaxtı məlum olub.

Fins.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, elan üzrə 10 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 128 vakant vəzifə üzrə 158 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 742 namizədlə 1840 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Balakən regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda aparıcı məsləhətçi ( 1 vakant yer üzrə 209 namizəd), 6 saylı Bakı “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 168 namizəd), Şamaxı regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 158 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 29 iyul-5 noyabr 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur.

Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır