SOSİUM

Küləkli hava nə vaxta qədər davam edəcək?
12 İYUL
404

Küləkli hava nə vaxta qədər davam edəcək?

2019-07-12 21:34:00

Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən iyul ayının 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir. Fins.az xəbər verir ki, küləyin maksimal sürəti  Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb. Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.

ETSN-nin Milli Hidrometeorologiya departamentinin saat 21.00-a olan məlumatına görə qərb  küləyi Naftalanda 30-34m/s, Tərtərdə 25-30 m/s, Şəmkirdə 22 m/s, Bərdədə 25 m/s, Yevlaxda 17-20 m/s, Mingəçevirdə 17 m/s, Sumqayıtda 18 m/s, Bakıda 22 m/s- dək güclənib.  20:05 radələrində Göy-Göl və ətraf kəndlərə dolu düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027