SOSİUM

Həftə sonuna olan HAVA PROQNOZU
24 MAY
102

Həftə sonuna olan HAVA PROQNOZU

2019-05-24 17:13:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqazda istirahət günlərində gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda  25-30,  dağlıq rayonlarda  17-22 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin mayın 26-da  axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq.Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da  hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. 

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi mayın 26-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263