SOSİUM

Əhalinin martın 1-nə olan sayını açıqlanıb
17 APREL
532

Əhalinin martın 1-nə olan sayını açıqlanıb

2019-04-17 17:57:00

Azərbaycan əhalisinin bu il mart ayının 1-ə olan sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 13204 nəfər və ya 0,1 faiz artaraq 2019-cu il mart ayının 1-i vəziyyətinə 9994661 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Qeyd edək ki, bu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır