SOSİUM

Qiymətlər cəmi 0,1% artıb – STATİSTİKA KOMİTƏSİ
10 NOYABR 2015
1326

Qiymətlər cəmi 0,1% artıb – STATİSTİKA KOMİTƏSİ

2015-11-10 16:15:00

Oktyabr ayında Azərbaycanda ərzaq məhsulları 0,3%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1% artıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Ümumilikdə oktyabrda istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1% bahalaşıb. Fins.az-ın məlumatına görə, bu barədə DÖvlət Statistika Komitəsi məlumat yayıb.

Bahalaşan mallar

Komitə bildirib ki, ötən ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkərin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, portağalın, bananın, xiyarın, pomidorun, badımcanın, şirin bibərin, soğanın, sarımsağın, kartofun qiymətləri artıb.

Ucuzlaşan mallar

Əvəzində oktyabrda qoyun ətinin, limonun, naringinin, almanın, armudun, üzümün, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, balqabağın, göy lobyanın, çuğundurun, kökün qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik olmayıb.

Qeyri-ərzaq mallarının qiyməti fərqli dəyişib

Oktyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma olub. Əvəzində inşaat materiallarının, dərmanların, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır