SIĞORTA

Palatanın əməkdaşı beynəlxalq səviyyəli sığorta sertifikatını alıb
09 OKTYABR
1039

Palatanın əməkdaşı beynəlxalq səviyyəli sığorta sertifikatını alıb

2019-10-09 10:32:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı maliyyə sahəsində beynəlxalq imtahanından müvəffəqiyyətlə keçib.

Fins.az xəbər verir ki, Palatanın Sığorta Bazarına Nəzarət Departamentinin əməkdaşı aktuar Elvin Rzayev Amerika Aktuarlar Cəmiyyətinin Gürcüstanın Tiflis şəhərində təşkil etdiyi Society of Actuaries Exam STAM -Short Term Actuarial Mathematics (əvvəlki Exam C) imtahanını müvəffəqiyyətlə verib. 

Qeyd edək ki, beynəlxalq səviyyəli sığorta sertifikatları alan şəxslərin siyahısı Amerika Aktuarlar Cəmiyyətinin rəsmi saytında dərc olunacaq. 

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır