SIĞORTA

"Sığorta ekpertlərin bilikləri yoxlanılmalıdır"
08 OKTYABR
366

"Sığorta ekpertlərin bilikləri yoxlanılmalıdır"

2019-10-08 10:52:00

"Palatanın sonuncu göstəricilərilə bağlı açıqlanan rəqəmlər əlbəttə ki, bir sığorta eksperti kimi məni də qane etmir" bunu Fins.az-a sığorta eksperti İlkin İbrahimov deyib

Onun sözlərində görə, sığorta ekspertlərinin hüquq və vəzifələri müəyyən edilməli, onların konkret sahə üzrə bilikləri yoxlanılmalıdır:

“Ötən ilə nisbətən sığorta yığımları azalıb. Əksinə qiymətlərin bahalaşması fonunda isə sığorta ödənişləri cüzi artıb. Sığorta şirkətləri və Maliyyə Palatası daha çox işləməli və bu işlərə müstəqil sığorta ekspertlərini də daxil etməlidirlər. İlk növbədə müstəqil. Digər tərəfdən isə onlar verdikləri rəyə görə məsuliyyət daşımalıdırlar. Əmlak sığortası ilə bağlı isə hesab edirəm ki, vətəndaşları ən yaxşı maarifləndirəcək şəxslər müstəqil ekspertlər olacaq. Çünki birərəflik onlara məxsusdur və bu işi onlar şərəflə yerinə yetirə bilərlər. Bu işdə Palata bir komissiya kimi öz tərkibində bir şöbə yarada bilər və problemlərə operativ nəzarət edə bilər. Hazırda isə məktub cavablandırmaları 30 cu gün olmaqla cavablandırılır».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır