SIĞORTA

VI Bakı Beynəlxalq Kitab Sərgisində “Xalq Əmanəti”nə böyük maraq
01 OKTYABR
165

VI Bakı Beynəlxalq Kitab Sərgisində “Xalq Əmanəti”nə böyük maraq

2019-10-01 14:13:00

Sentyabrın 27-29-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirilmişdir. Bakı İdman Sarayında təşkil olunan ənənəvi sərgi-yarmarkada 23 ölkəni təmsil edən 100-dən artıq kitabxana, nəşriyyat və poliqrafiya müəssisələri iştirak etmiş, öz nəşrlərini sərgiləmiş və kitablarının satışını həyata keçirmişdir.Sərgi çərçivəsində çoxsaylı kitab təqdimatları, dəyirmi masalar, imza günləri, müzakirələr keçirilmişdir.

Xalq Bank “Xalq Əmanəti” layihəsi ilə bu sərgiyə dördüncü dəfə qatılır. Layihə çərçivəsində nəşr olunan kitablardan ibarət ekspozisiyaqonaqların böyük marağına səbəb olmuşdur. Xalq Bankınkitab guşəsini ziyarət edən yüzlərlə qonaq “Xalq Əmanəti” layihəsinin nəşrləri ilə tanış olmuş, bankın mədəni irsimizin qorunması işinə verdiyi töhfəni yüksək qiymətləndirmiş və kitablar haqda müsbət fikirlərini bildirmişlər.

            Builki sərgidə “Xalq Əmanəti” layihəsi çərçivəsində 2010-cu ildən başlayaraq işıq üzü görən 18 nəşr təqdim olunmuşdur. Bunlar Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, eləcə də Ələkbər Rzaquliyev, Vəcihə Səmədova, Mahmud Tağıyev, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov və aprel döyüşlərində şəhid olan gənc heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət bədii albomlar; Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, Mirzə Şəfi Vazehin bütün əsərləri, “Aşıq Ədəbiyyatı Antologiyası” üçcildliyi, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabıdır.      

 

 

 

  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır