SIĞORTA

“Günay Sığorta”nın yeni konsepsiyalı baş ofisi yeni ünvanda fəaliyyətə başladı
30 SENTYABR
256

“Günay Sığorta”nın yeni konsepsiyalı baş ofisi yeni ünvanda fəaliyyətə başladı

2019-09-30 12:25:00

Müştərilərə göstərilən xidmət səviyyəsinin inkişafı istiqamətində hər zaman yeniliklər edən “Günay Sığorta” nın baş ofisi artıq yeni ünvanda fəaliyyət göstərəcək.

Qeyd edək ki, yeni korporativ üslubda təmir olunmuş baş ofis Yasamal rayonu, İnşaatçılar prospekti 75C (Dövlət Statistika Komitəsi yaxınlığında) ünvanında fəaliyyətini davam etdirir. 

Baş ofisfiziki və hüquqi şəxslərə bütün növ sığorta xidmətləri və məhsullarını təqdim edəcək, eləcə də, sığorta hadisələrinin tənzimlənməsini həyata keçirəcək. İş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir.

Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki: “Yeni ünvana köçürülən Baş ofisimiz müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şərait və imkanlarla təmin olunub. Yeni inkişaf strategiyasını həyata keçirən şirkətimiz yaxın gələcəkdə həm paytaxtda, həm də regionlarda yeni filiallarla vətəndaşları sevindirəcək. Müştərilərin istək və tələbləri zamana uyğun olaraq müasirləşir və inkişaf edir. Bizim məqsədimiz onlar üçün ən yüksək xidmət səviyyəsini təmin etməkdir.”

Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.

“Günay Sığorta” ASC–nin təqdim etdiyi bütün məhsul və xidmətlər, filial şəbəkələri və digər ətraflı məlumat üçün şirkətin (012) 990 nömrəli Məlumat Mərkəzinə zəng edə,  saytına (www.gunaysigorta.az ), rəsmi facebook səhifəsinə (www.fb.com/gunayinsurance/ ),  instagram səhifəsinə (https://www.instagram.com/gunay_insurance/  ) müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır