SIĞORTA

"Kreditlərin sığortalanması çox zərərli növdür" - MÜSAHİBƏ
25 SENTYABR
2339

"Kreditlərin sığortalanması çox zərərli növdür" - MÜSAHİBƏ

2019-09-25 10:18:00

Azərbaycanda tanınmış sığorta eksperti Ceyhun Əsgərovun Fins.az-a verdiyi müsahibəni təqdim edirik.

Bu il sığorta şirkətlərinin yığımları aşağı olması nə ilə əlaqəli ola bilər?

Yığımların aşağı düşməsi bir başa həyatın yığım sığortası ilə bağlıdır. Bilirsiz ki, daha öncə hər bir şəxs bu sığorta növü üzrə əmək haqqının 80%-nı yönləndirməklə bu növ məhsuldan yararlana bilərdi. Bu məhsula kifayət qədər böyük maraq var idi. Ümumi sığorta bazarında yığılan sığorta haqqlarında böyük paya malik idi. Lakin sonradan qanunvericilikdə dəyişiklik edildi. Bu dəyişikliyə əsasən həyatın yığım sığortası üzrə əmək haqqının 50%-nı yönləndirmək oldu. Bu səbəbdən bu məhsula bu növ sığortaya maraq kəskin şəkildə azalmağa başladı və ümumi sığorta yığımında öz təsirini göstərdi.

Aqrar sığortanı fəallaşdırmaq üçün nələri düşünülür?

Aqrar sığorta onsuz fəal növdür. Qanun qüvvəyə mindikdən sonra ölkədə heyvanlar, bitkilər və texnikalar məcburi şəkildə sığortalanacaq, bütün problemlər aradan qaldırıldıqdan sonra bu  sahədə yüksək gəlirlik gözlənilir. Yəgin ki, qanun gələn ildən qüvvəyə minəcək.

Kreditlərin sığortalanmasının heç bir rolu yoxdur. Burada vəziyyəti necə düzəltmək olar?

Kreditlərin sığortalanması çox zərərli növdür və eyni zamanda sığorta hadisəsini tənzimləmək çox cətindir. Belə ki, istənilən səbəbdən krediti qaytarmayan şəxsin borcunu ödəmək sığorta şirkətlərin marağında deyil. Həm də kredit sığortası üzrə tariflər 5-6% təşkil etdikdə banklar buna maraq göstərmir.

Sığortanın ÜDM-də payını Avropa ölkələri ilə müqayisə edə bilərsiz?

Bildiyimiz kimi sığorta maliyyə sektorun bir hissəsidir. Hal hazırda sığorta yığımları 750 milyon civarında təşkil edir. Bu ilki yığımların həcmini qənaətbəxş deyil. Sığorta yığımları ümumi daxil bazarın hec olmasa 2%-nı təşkil etməlidir.  Bu isə təqribi olaraq 1 milyard 200 milyon üzərində bir rəqəmdir. Avropa ölkələri ilə bu nəticəni müqayisə etdikdə hələki ürək acan deyil.

Bəzi sığorta şirkətləri sosial şəbəkədə aktiv deyil. Bunun səbəbi nədir sizcə? Nə təklif edərdiz?

Sosial şəbəkələrdə özünü reklam etmək çox asan istifadə üsuludu və bir çox sığorta şirkətləri bundan maksimum yararlanır. Sosial şəbəkədə  aktiv olmayan sığorta şirkətlərini burada maariflənmək işləri aparmağa insanların istənilən suallarına operativ cavab verməyə, əgər hər hansı bir problem varsa onun həll yolunu göstərməyə cağırıram.

Bildiyimiz qədər şahmatçı Şəhriyar Məmmədyarovla qohumsunuz. Maraqlıdır, idmançılar arasında sığorta nə qədər populyardır? İdmançılar daha çox hansı sığorta növünü seçirlər?

Suala görə təşəkkür edirəm maraqlı sualdır. Ətrafımda tanıdığım idmançıların əksəriyyəti könüllü növlərə daha çox maraqlıdır. Bunlar əsasən daha çox isdifadə etdiyi növlər Kasko sığortası, əmlakın sığortası və əsasən səyahət sığortasından daha çox isdifadə edirlər. Onu da qeyd edim ki,  Şəhriyar Məmmədyarov bu kimi məsələlərə diqqət edən insandır və sığortanın faydalarından maksimum yararlanmağa çalışır.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır