SIĞORTA

12 sığorta şirkətinin yığımları azalıb, 8-nin isə artıb - RENKİNQ
09 SENTYABR
746

12 sığorta şirkətinin yığımları azalıb, 8-nin isə artıb - RENKİNQ

2019-09-09 15:12:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta şirkətlərinin göstəricilərini açıqlayıb.

2019-cu ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 422.9 mln. manat məbləğində sığorta haqları toplanlıb.

Fins.az-ın məlumatına görə, illik müqayisədə 8 sığorta şirkətinin yığımlarında artım qeydə alınsa da, 12 sığorta şirkətinin yığımlarında azalma müşahidə olunub.

Yığımlarında artım qeydə alınan sığorta şirkətləri: “Paşa Sığorta”, “Dövlət Sığorta Kommersiya”, “İpək Yolu”, “Xalq Sığorta”, “Qala Sığorta”, “Qala Həyat”, “A-qroup” , “Rəvan sığorta”

Yığımlarında azalma qeydə alınan sığorta şirkətləri: “Paşa Həyat”, “Atəşhah həyat”, “Atəşgah”, “Meqa sığorta”, “Atasığorta”, AXA MBASK, “Standart sığorta”, “Günay sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Bakı sığorta”, “Əmrah sığorta”, “Naxçıvansığorta”.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır