SIĞORTA

"Paşa Sığorta" şirkəti Azərbaycan - Xorvatiya oyununa bilet verir
09 SENTYABR
444

"Paşa Sığorta" şirkəti Azərbaycan - Xorvatiya oyununa bilet verir

2019-09-09 10:46:00

"Paşa Sığorta" şirkəti müsabiqə keçirib. Fins.az xəbər verir ki, qalib gələn şəxslərə futbol matçına bilet verilib. 

Dəyərli İzləyicilərimiz, Qeyd olunan suala düzgün cavab verən ilk 6 iştirakçımız: Ruslan Cavadov, Royal Həmidov, Ceyhun Yunus, Ehtiram Təvəkküllü, Cavad Salmanlı və Hüseyinaqa Hüseyinov qalib oldu və sentyabr ayının 9-da keçiriləcək Azərbaycan-Xorvatiya oyununa 2 ədəd bilet qazandılar.

Doğru cavab: 0 - 0

Qalibləri PAŞA Sığorta şirkəti adından təbrik edirik. Hədiyyəni sentyabrın 9-na qədər saat 09:00-dan 18:00-dək PAŞA Sığorta şirkətinin baş ofisinə yaxınlaşıb, şəxsiyyətinizi təsdiq edən sənədi təqdim edərək əldə etmək olar.

Qeyd edək ki, müsabiqənin sualı belə idi:

 UEFA Avropa Çempionatı çərçivəsində sonuncu dəfə öz meydanında Azərbaycan milli komandası ilə Xorvatiya yığma komandası arasında hansı hesab qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır