SIĞORTA

Sığorta sektorunda verilmiş, qüvvəsi bərpa edilmiş lisenziyalar açıqlanıb
20 AVQUST
210

Sığorta sektorunda verilmiş, qüvvəsi bərpa edilmiş lisenziyalar açıqlanıb

2019-08-20 09:53:00

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sektorunda verilmiş, qüvvəsi bərpa edilmiş lisenziyaları açıqlayıb.

Palatadan fins.az-a verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq MBNP-nin idarə heyətinin 2019-cu il 14 avqust tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Manafov Firuz, Babayev Coşqun, Musayev Ədnan, Qurbanlı Qurban, Məcnunov Müşfiq və Mustafayev Adilə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

İdarə heyətinin eyni tarixli qərarı ilə Qanunun 111.1-ci maddəsinə və Palatanın nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Əliyeva Səriyyəyə sığorta agenti fəaliyyətinə verilmiş 2018-ci il 5 oktyabr tarixli, SA-0086 nömrəli lisenziyanın qüvvəsi bərpa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır