SIĞORTA

İşsizlikdən sığorta pulu alanlar - SİYAHI
06 AVQUST
1898

İşsizlikdən sığorta pulu alanlar - SİYAHI

2019-08-06 10:12:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövründə 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib.

Nazirlikdən Fins.az bildirilib ki, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə qanunvericiliyə uyğun olaraq, işsizlikdən sığorta ödənişi verilir. İşsizlikdən sığorta Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyata alındıqdan sonra işsiz kimi qeydiyyata düşmək hüququ yaranan və azı 3 il sığorta stajı olan şəxslərə təyin edilir. Sığorta ödənişi işsiz şəxsin sığorta stajından asılı olaraq onun orta aylıq əməkhaqqının məbləğinə faiz dərəcələri tətbiq olunmaqla hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır