SIĞORTA

Bu sığorta şirkətinə yeni sədr təyin olunur
05 AVQUST
483

Bu sığorta şirkətinə yeni sədr təyin olunur

2019-08-05 10:22:00

02.09.2019-cu il tarixdə saat 11:00-da "Rəvan Sığorta"ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının iclası keçiriləcək.

Fins.az şirkətin elanına istinadən xəbər verir ki, gündəlikdə duran məsələlər aşağıdakılardır:

1.Əhmədov Surxay Tofiq oğlunun “Rəvan Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü təyin edilməsi. 

2. Əhmədov Surxay Tofiq oğlunun “Rəvan Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü təyin edildikdən sonra Direktorlar Şurasının sədri təyin edilməsi.

Surxay Tofiq oğlu Əhmədov 4,3% payı ilə "NBC Bank"ın səhmdarlarından biridir.

Hazırda "Rəvan Sığorta" ASC  Direktorlar Şurasının sədri Emin Abbasovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır