SIĞORTA

Azərbaycanda sığorta şirkəti 72 min manat sığorta ödənişi edib
26 İYUL
632

Azərbaycanda sığorta şirkəti 72 min manat sığorta ödənişi edib

2019-07-26 09:44:00

"Meqa Sığorta" şirkətində kasko sığorta növü üzrə sığortalanmış "Nissan Patrol" markalı avtomobil birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək yol-nəqliyyat hadisəsi nəticəsində qəzaya uğrayıb. 

Fins.az-ın məlumatına görə, baş vermiş hadisə nəticəsində avtomobilə ciddi zərər dəyib. Məlumata görə, sığorta şirkəti tərəfindən 72 min manat sığorta ödənişi həyata keçirilib.

Qeyd olunur ki, kaskonun məbləği avtomobilin bazar dəyərinə uyğun olaraq hesablanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır