SIĞORTA

Ən çox sığorta ödənişi həyata keçirmiş 5 SIĞORTA şirkəti
31 İYUL
582

Ən çox sığorta ödənişi həyata keçirmiş 5 SIĞORTA şirkəti

2019-07-31 13:35:00

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 119 milyon 102 min manat sığorta ödənişinin 80 milyon 602 min manatı və yaxud 67,7%-i 5 sığorta şirkətinin payına düşüb.

Finsı.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta sektoru ilə bağlı açıqladığı son 6 ayın hesabatında qeyd olunub.

Sözügedən şirkətlər "PAŞA Həyat Sığorta" (30 milyon 995 min manat), "PAŞA Sığorta" (25 milyon 579 min manat), "Atəşgah Sığorta" (10 milyon 18 min manat), "Atasığorta" (7 milyon 153 min manat) və "Atəşgah Həyat Sığorta" (6 milyon 857 min manat) ASC-lərdir.

Altı ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətlərinin adları da məlum olub. Bunlar isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (1 min manat), "Amrah Sığorta" (102 min manat),  "Bakı Sığorta" (135 min manat) və "Rəvan Sığorta" (172 min manat) ASC-lərdir. Bu şirkətlər ümumilikdə 410 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır