SIĞORTA

Fond maliyyə hesabatını AÇIQLADI
12 İYUN
225

Fond maliyyə hesabatını AÇIQLADI

2019-06-12 12:46:00

"Əmanətlərin Sığortalanması Fondu" 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, sözügedən dövrə fondun aktivlərinin həcmi 952 mln. 341 min 956 manat təşkil edib. Bu isə 2017-ci il ilə müqayisədə 39 mln. manat və ya 3,9% azalıb. 

Fondun öhdəlikləri isə 1 il ərzində 7 dəfədən çox azalaraq 2018-ci ilin sonuna 11 mln. 704 min 637 manat olub. Buna səbəb isə kompensasiya ödənişləri üzrə öhdəliklərinin həcmi 6 dəfə azalaraq 72 mln. manatdan 11,7 mln. manata enməsi olub.

Fondun yığılmış sığorta ehtiyatları -334 mln. 955 min 245 manat, əlavə kapital qoyuluşu isə 1 mlrd. 275 mln. 592 min 564 manat olub.

© Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır