SIĞORTA

Əmlak sığortasında ödənişlər yenə də problem olaraq qalır - Ekspertdən Açıqlama
12 İYUN
410

Əmlak sığortasında ödənişlər yenə də problem olaraq qalır - Ekspertdən Açıqlama

2019-06-12 12:41:00

Ötən illə müqayisədə Azərbaycanın sığorta bazarı inkişaf edib, lakin reallığa baxanda həyat sığortasına tətbiq edilən məhdudiyyətlər sığortanın inkişafını ləngidib. Bunu sığorta eksperti İlkin İbrahimov deyib.

Onun sözlərinə görə, məhdudiyyətlərlə yanaşı bəzi faktorlar icbari tibbi sığorta və aqrar sığortaya keçiddə daha çox inkişafa nail olacağımızı göstərir: “Yığımlarda olan inkişafı sığorta ödənişlərinə aid etmək olmur. Ödənişlərdəki problemlər və süründürməçiliklər yenə də qalmaqdadır. Xüsusilə əmlak sığortasında ödənişlər məsələsi yenə də problem olaraq qalır”.

                                                                    Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır