SIĞORTA

KASKO-da ödənişlər yığımlardan sürətli artıb
11 İYUN
177

KASKO-da ödənişlər yığımlardan sürətli artıb

2019-06-11 10:17:00

Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.

Fins.az Marja-yaa istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-aprel dövründə sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 9 milyon manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 247 min manat və ya 2,8% çoxdur. 2018-ci ilin yanvar - aprel dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 8 milyon 752 min manat sığorta haqları hesabalanmışdı.

2018-ci ilin ilk 4 ayı ilə müqayisədə 2019-cu ilin ilk 4 ayı ərzində könüllü avtomobil sığortası üzrə ödənişlər 659 min manat və ya 23,3% artıb. 2018-ci ilin yanvar - aprel ayları ərzində 2 milyon 831 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 3 milyon 490 min manata qalxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır