SIĞORTA

Ötən il 100 milyon manata yaxın idi, bu il 60 milyon manata çatmadı
11 İYUN
175

Ötən il 100 milyon manata yaxın idi, bu il 60 milyon manata çatmadı

2019-06-11 09:51:00

2019-cu ilin əvvəlindən etibarən əməkhaqqının həyatın yığım sığortasına yönəldilməsinə məhdudiyyətin tətbiq edilməsi həyat sığortası üzrə toplanan sığorta haqlarının azalmasına səbəb olub.

Fins.az Marja-ya istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində könüllü həyat sığortaları üzrə cəmi 72 milyon 481 min manat sığorta haqları toplanıb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 43 milyon 117 min manat və ya 37,3% azdır. 2018-ci ilin yanvar-aprel aylarında könüllü həyat sığortaları üzrə 115 milyon 598 min manat sığorta haqları toplanmışdı.

Əsasən, işçilərin yığım məqsədilə əməkhaqlarını yönəltdikləri həyatın yaşam sığortasıüzrə tolanan sığorta haqlarının kəskin azalması cəmi könüllü həyat sığortası bazarının geriləməsinə səsəb olub. 2019-cu ilin ilk 4 ayı ərzində həyatın yaşam sığortası üzrə 59 milyon 50 min manat sığorta haqları toplanıb. 2018-ci ilin ilk 4 ayında bu məbləğ 96 milyon 708 min manat idi (37 milyon 658 min manatlıq və ya 38,9% azalma). 

Müqayisə olunan dövrdə həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 17 milyon 983 min manatdan 12 milyon 244 min manata düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır