SIĞORTA

Sığorta portfelinin başqasına verilməsi necə tənzimlənir? - FİNS
24 MAY
295

Sığorta portfelinin başqasına verilməsi necə tənzimlənir? - FİNS

2019-05-24 14:35:00

Sığortaçının yenidən təşkili zamanı sığorta portfelinin başqasına verilməsi barədə Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalarında bir neçə bənd yer alır.

Fins.az sözügedən Qanuna istinadən xəbər verir ki, sığortaçının hər hansı formada yenidən təşkili (birləşməsi, qovuşması, bölünməsi: ayrılması, çevrilməsi) və bununla əlaqədar sığorta portfelini qismən və ya tamamilə başqa bir sığortaçıya verməsi müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir və sığorta portfelinin başqasına verilməsi haqqında müqavilədə sığortalıların hüquq və mənafelərinə xələl gətirən şərtlər olmamalıdır.

Həmçinin sığorta portfelinin başqasına verilməsi haqqında müqavilədə verilən sığorta müqavilələri, portfellə birlikdə verilən sığorta ehtiyatları, investisiyadan əldə ediləcək gəlirlərə və xüsusi təminatlara dair şərtlər, habelə portfelin verilmə tarixi dəqiq göstərilməlidir, sığortaçının yenidən təşkili, ləğvi və bununla əlaqədar sığorta portfelinin başqasına verilməsi respublika mətbuatında bir həftə ara ilə ən azı iki dəfə elan edilir.

Elan tarixindən etibarən üç ay ərzində etiraz bildirməyən sığortalılar portfelin başqasına verilməsini qəbul etmiş hesab olunurlar. Bu Qanun uyğun olaraq sığorta portfelini başqasına verən sığortaçının öhdəliklərinə xüsusi təminatla sığorta ehtiyatları tam həcmdə verildikdən sonra xitam verilir.

Sığortaçının hər hansı formada yenidən təşkili, portfelini başqasına verməsi, xüsusi razılığın ləğvi barədə məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika mətbuatında elan edilir.

                                                                      Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır