SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkətinin nümayəndəsi aqrar sığorta ilə bağlı görüşdə
23 MAY
227

ASC “Standard İnsurance” Sığorta Şirkətinin nümayəndəsi aqrar sığorta ilə bağlı görüşdə

2019-05-23 17:26:00

Ölkəmizdə aqrar sığortanın inkişafı istiqamətində müvafiq addımlar atan ASC “Standard İnsurance” Sığorta Şirkətinin Gəncə nümayəndəliyinin direktoru Firuz Əliyev aqrar sığortanın müzakirə olunduğu görüşə qatılıb. Gəncədə səfərdə olan ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri Duane Voyun iştirak ilə baş tutan görüş Azərbaycan Dövlət Aqrar Universitetinin təşəbbüsü ilə təşkil edilmişdir. Azərbaycanda aqrar sığortanın vəziyyəti barədə məlumat verən ADAU-nun rektoru İbrahim Cəfərov Duane Voyun bu sahədə təcrübəsi barədə məlumat alıb. Standard İnsurance və ADAU-nun birgə lahiyəsi eləcə də universitet ilə yaxından tanış olan Duane Voy xoş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb. Sonda xatirə şəkli çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263