SIĞORTA

“Qala Sığorta” və “Qala Həyat” ADA Universiteti tələbələrinin sosial layihəsinə dəstək olub
23 APREL
456

“Qala Sığorta” və “Qala Həyat” ADA Universiteti tələbələrinin sosial layihəsinə dəstək olub

2019-04-23 11:47:00

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Qala Sığorta” və “Qala Həyat” ADA Universitetinin bir qrup tələbəsinin həyata keçirdiyi sosial layihəyə dəstək olub.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, ADA Universitetinin bir qrup tələbəsi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi 68 saylı uşaq baxçasında yuxarı yaş qrup uşaqların bilik və bacarıqlarını üzə çıxarmaq olub.

Layihə çərçivəsində tələbələr bir ay ərzində uşaqlarla görüşərək hekayə, faydalı və maraqlı məlumatlar bölüşüblər. Daha sonra uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün kiçik hekayələr danışmaq vəbu hekayələr əsasında rəsm müsabiqəsi təşkil olunub. Müsabiqə nəticəsində uşaqların hekayələr əsasında çəkdikləri şəkillərdəsevgi, dostluğa sədqətlilik, barış olduğu müəyyən edilib.

Qeyd edək ki,“Qala Sığorta” və “Qala Həyat” şirkəti sosial məsuliyyət prinsiplərini əsas tutaraq layihəyə öz dəstəyini göstərib.

Hər iki şirkətkorporativ sosial məsuliyyətini daha dərindən düşünərək bu kimi sosial layihələrə daim dəstək göstərəcək.

Azərbaycan sığorta bazarında geniş çeşidli məhsulları və çevik inkişafı ilə seçilən “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb.

Azərbaycanda ilk müddətsiz lisenziya alan “Qala Həyat” şirkəti isə 2010-cu ildən fəaliyyətə başlayıb. Şirkət müştərilərə qanunvericiliklə nəzərdə tutulmuş həyat sığortasının bütün növlərini təklif edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır