SIĞORTA

“Standard İnsurance” Sığorta Şirkəti Sabunçu rayon İcra Hakimiyyətində - FOTO
23 APREL
558

“Standard İnsurance” Sığorta Şirkəti Sabunçu rayon İcra Hakimiyyətində - FOTO

2019-04-23 10:16:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ASC “Srandard İnsurance” Sığorta Şirkətinin əhalinin sığorta sahəsində maarifləndirilməsinə həsr olunmuş növbəti tədbiri Sabunçu rayon İcra Hakimiyyətində baş tutmuşdur.

Tədbirin əsas məqsədi ölkə başçısı tərəfindən imzalanmış strateji yol xəritəsinin tələblərini icra etmək, ölkə əhalisinə keyfiyyətli sığorta xidməti göstərməkdən ibarət olmuşdur. Əhalinin sığorta savadlılığının artırılması və sığorta mədəniyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirdə MBNP-nin əməkdaşı Oruc Həsənxanov, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədr müavini Elsevər Tanrıverdiyev, ASC “Standard İnsurance” SŞ-nin İdarə Heyətinin sədri Anar Sadıxov, Sabunçu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənli, İcbati Sığorta Bürosunun icraçı direktorunun müavini Gəncalı Xaqanizadə, Paşa Sığorta ASC-nin nümayəndəsi, Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri, ticarət mərkəzlərinin, sənaye müəssisələrinin rəhbərləri və sahibkarlar iştirak etmişlər.

​​​​​Təşəbbüsünü və təşkilatçılığını ASC “Standard İnsurance” SŞ-nin Sabunçu rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi tədbirdə yenə də ölkə başçısının 28.03.2019-cu il tarixində keçirdiyi müşavirənin mövzusu əsas olaraq götürülmüş, icbari və könüllü sığorta barədə əhalinin maarifləndirilməsi üçün tədbirlərin təşkilinin zəruriliyi vurğulanmışdır. ASC “Standard İnsurance” SŞ-dən paytaxtla yanaşı regionlarda da maarifləndirici tədbirlərin keçirilməsi üçün müəyyən addımların atıldığı bildirilmişdir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır