SIĞORTA

Kapitalı 40 milyon manatdan çox olan sığorta şirkətləri - SİYAHI
15 APREL
324

Kapitalı 40 milyon manatdan çox olan sığorta şirkətləri - SİYAHI

2019-04-15 10:59:00

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si bu il yanvarın 1-nə balans kapitalının məbləği barədə məlumat verib ki, bunlardan da 3-də sözügedən göstərici 40 milyon manatdan çoxdur.

Həmin şirkətlər "PAŞA Sığorta" (74,997 milyon manat), "PAŞA Həyat Sığorta" (61,604 milyon manat) və "Xalq Sığorta" (48,471 milyon manat) ASC-lərdir.

Adları çəkilən 3 şirkətin məcmu balans kapitalı 185,072 milyon manat təşkil edir ki, bu da bazarın 42,3%-i deməkdir. Qalan 17 sığorta şirkətindən 14-nün balans kapitalı 10-35 milyon manat arasında, 6-nın balans kapitalı isə 10 milyon manatdan azdır.

20 şirkətdən 13-ü ötən il balans kapitalını artırıb. Ən yüksək müsbət dinamika "AXA Mbask" Sığorta Şirkəti ASC-də (23,1%), ən aşağı müsbət dinamika isə "Günay Sığorta" ASC-də (0,7%) qeydə alınıb. Qalan 7 sığorta şirkətinin isə balans kapitalı azalıb. Ən yüksək mənfi dinamika "Atasığorta" ASC-də (44,9%), ən aşağı mənfi dinamika isə "Meqa Sığorta" ASC-də (7,1%) baş verib.

***

Ötən ilin sonuna nizamnamə kapitalının məbləği barədə məlumat vermiş 20 sığorta şirkətindən 3-də sözügedən göstərici 40 milyon manatdan çoxdur.  Həmin şirkətlər "PAŞA Sığorta" (50 milyon manat), "Xalq Sığorta" (46,188 milyon manat) və "PAŞA Həyat Sığorta" (44,25 milyon manat) ASC-lərdir.

Adları çəkilən 3 şirkətin məcmu nizamnamə kapitalı 136,438 milyon manat təşkil edir ki, bu da bazarın 41,5%-i deməkdir. Qalan 17 sığorta şirkətindən 9-nun nizamnamə kapitalı 10-24 milyon manat arasında, 8-nin nizamnamə kapitalı isə 5-9 milyon manat arasındadır.

20 şirkətdən 3-ü 2018-ci ildə nizamnamə kapitalını artırıb. Həmin şirkətlər "AXA Mbask" Sığorta Şirkəti (21,3%), "Atasığorta" (17,7%) və "Xalq Sığorta" (3,3%) ASC-lərdir. Qalan 17 sığorta şirkətinin isə nizamnamə kapitalı dəyişməyib.

"Naxçıvan Sığorta" ASC balans və nizamnamə kapitalının məbləğini açıqlamayıb. 

© Renkinq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027