SIĞORTA

Əcnəbilər Azərbaycanda yalnız bu halda sığorta təşkilatı yarada bilər - FİNS
11 APREL
396

Əcnəbilər Azərbaycanda yalnız bu halda sığorta təşkilatı yarada bilər - FİNS

2019-04-11 13:01:00

Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq ancaq birgə sığorta təşkilatlarını yaratmaq hüququ vardır.

Fins.az xəbər verir ki, bu bənd Sığorta haqqında Azərbaycan Respublikasının Qanununu Ümumi Müddəalar bölməsində yer alıb. Sözügedən bənddə vurğulanır ki, bu təşkilatların nizamnamə kapitalında xarici hüquqi və fiziki şəxslərin məcmu iştirak payı 49 faizdən artıq ola bilməz.

Həmçinin bildirilir ki, Azərbaycan Respublikasında xarici sığortaçıların bilavasitə sığortaçı qismində fəaliyyəti qadağandır. Bununla yanaşı Azərbaycan Respublikasında xarici sığorta brokerləri Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün birgə broker təşkilatları yaradırlar.

Azərbaycan Respublikasının sığortaçıları öz üzərlərinə götürdükləri riskləri bilavasitə xarici sığortaçılarda, o cümlədən xarici broker vasitəsi ilə təkrar sığortalaya bilərlər. O, cümlədən xarici kapitalın iştirakı ilə yaradılan birgə sığortaçıda və sığorta brokeri təşkilatlarında müdir və ya onun müavinlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

                                                                                  Müəllif: Elmir Murad

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027