SIĞORTA

İpoteka sığortası nədir? - FİNS
09 APREL
278

İpoteka sığortası nədir? - FİNS

2019-04-09 15:27:00

Bildiyiniz kimi bir müddətdir ki, sığortanın müxtəlif növlərindən olan xəbərlərlə oxuyucları maarifləndirməyə çalışırıq. Bu dəfə isə insanların daim marağında olan ipoteka sığortası barədə məlumat verəcəyik. Gəlin görək ipoteka səğortası nədir və ondan necə istifadə olunur?!

İpoteka sığortası ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar borclunun müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfidir.

Fins.az xəbər verir ki, ipoteka sığortası borcun təmamilə ödənilməsini təmin eləmir. Belə ki, ipoteka sığortası yalnız borc verənin zərərə düşməməsi üçün lazım olan hissəni geri qaytarır. Burada buna uyğun bir misal çəkmək yerinə düşər. Misal üçün müştəri 70.000 manat məbləğində ipoteka krediti almış və 80.000 manat dəyərləndirilmiş mənzilini həmin kredit üçün girov qoyur. Müştəri həmçinin kreditin tam məbləğinə bərabər sığorta məbləğində ipoteka sığortası müqaviləsi bağlayıb. O, bir müddət krediti tələb olunan qaydada ödəyib.

Borcu 65.000 manat qaldığı halda krediti qaytarmaq imkanını itirib. Bundan sonra kreditor məhkəməyə müraciət edərək mənzili hərracda 68.000 manata satıb. Mənzilin satılması vaxtı müştərinin kreditora borcu əsas borc üzrə 65.000, faiz borcu üzrə isə 5.000 manat olmaqla cəmi 70.000 manat təşkil edib. Bu halda sığortaçı borc verənə 2.000 manat (70.000–68.000=2000 manat) ödəməlidir. Beləliklə ipoteka müqaviləsi üzrə kreditorun zərərinin tam ödənilməsi üçün ipoteka predmetinin dəyərinin çatışmayan hissəsinin sığortalanması ipoteka sığortası adlanır.

                                                                                        Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027