SIĞORTA

Sığortada aktuarinin vəzifəsi nədir? - FİNS
09 APREL
393

Sığortada aktuarinin vəzifəsi nədir? - FİNS

2019-04-09 15:02:00

Zaman-zaman sığorta sektorundakı bəzi terminlərlə bağlı çox saylı suallar yaranır. Bu dəfəki sual aktuari və sığorta eksperti məsələsi ilə bağlıdır. Gəlin görək aktuari və sığorta eksperti deyəndə ağıla nələr gəlir?!.

Fins.az xəbər verir ki, bu barədə Sığorta haqqında Azərbaycan Respublikasının Qanunundakı Ümumi Müddəalar bölməsində bir sıra bəndlər qeyd olunub.

Həmin bəndlərdə bildirilir ki, aktuari sığorta qaydalarına, habelə investisiya, maliyyə, gemoqrafik və digər sahələrə aid nəzəriyyə və statistik məlumatlara əsasən normativ mənfəət və ehtiyatların yaranmasının zəruriliyini nəzərə almaqla sığorta haqları və tarifləri hesablayan və şərtlərini hazırlayan şəxsdir.

Qeyd olunur ki, bununla yanaşı sığorta eksperti sığorta hadisəsi nəticəsində vurulan zərərin miqdarını, səbəblərini, xüsusiyyətlərini müəyyənləşdirmək üçün ekspertiza, yoxlama və ya araşdırmanı həyata keçirən mütəxəssisdir. Aktuari və sığorta ekspertinin fəaliyyət göstərməsi qaydasını və onlara verilən ixtisas tələblərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

                                                                              Müəllif: Elmir Murad

 

                                 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027