SIĞORTA

Azərbaycanın 20 sığortaçısının məcmu xalis mənfəəti 44% artıb - İCMAL
08 APREL
891

Azərbaycanın 20 sığortaçısının məcmu xalis mənfəəti 44% artıb - İCMAL

2019-04-08 10:55:00

"Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2018-ci ildə məcmu gəlirləri 636,793 mln. manat təşkil edib.

“Report”un məlumatına görə, bu, 2017-ci ilə nisbətən 3,1% çoxdur.

Hesabat ilində sığortaçıların məcmu xərcləri isə 1,05% azalaraq 557,431mln. manat olub. Şirkətlərdən 10-nun gəlirləri, elə 10-nun da xərcləri artıb.

Ötən ilin yekununda sığortaçıların ümumi maliyyə mənfəəti 79,362 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 45,7% çoxdur. 8 şirkətdə (“A-Qrup Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Azərsığorta”, “Bakı Sığorta”, “Qala Həyat Sığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər) maliyyə mənfəəti artıb, 4 şirkətdə (“Amrah Sığorta”, “Günay Sığorta”, “Meqa Sığorta” və “İpək Yolu Sığorta”) maliyyə mənfəəti azalıb, 1 şirkətdə (“Atəşgah Sığorta”) maliyyə zərəri azalıb. 2017-ci ildə maliyyə mənfəəti əldə etmiş 3şirkət (“Atasığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Standard Insurance” Sığorta Şirkəti ASC) 2018-ci ildə maliyyə zərərinə uğrayıb, əvvəlki il maliyyə zərərinə uğramış 4 şirkət (“AXA Mbask” Sığorta Şirkəti, “Azsığorta”, “Qala Sığorta” və “Rəvan Sığorta” ASC-lər) isə ötən il maliyyə mənfəəti əldə edib. 

2018-ci ildə sığorta şirkətləri 17,582 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2017-ci ilə nisbətən 52,1% çoxdur.

Ötən il 20 şirkətdən 6-sı vergi ödəməyib ki, bunlardan 3-ü (“Atəşgah Sığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Standard Insurance”) zərər etmiş şirkətlərdir. 2018-ci ildə mənfəətlə işləməsinə baxmayaraq vergi ödəməmiş 3şirkət isə “Amrah Sığorta”, “Azsığorta” və “Rəvan Sığorta”dır. Bunlardan ilk 2-si 2017-ci ildə də mənfəətlə işləməsinə baxmayaraq vergi ödəməyib.

Ötən ilin yekununda Azərbaycan sığortaçılarının ümumi xalis mənfəəti isə 61,78 mln. manat olub. Bu da əvvəlki illə müqayisədə 44% çoxdur. 2017-ci ildə maliyyə mənfəətini artırmış 8 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 4 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri azalmış 1 şirkətin isə həm də zərəri azalıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027