SIĞORTA

“Xalq Həyat” Sığorta Şirkəti səhmdarını açıqlayıb
02 APREL
584

“Xalq Həyat” Sığorta Şirkəti səhmdarını açıqlayıb

2019-04-02 09:32:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu il martın 27-də lisenziya verdiyi “Xalq Həyat” Sığorta Şirkəti ASC-nin səhmdarı 100% “Xalq Sığorta” ASC-dir.

Fins.az xəbər verir ki, bu barədə “Xalq Həyat”ın açıqlamasında bildirilir.

Xatırladaq ki, yeni sığorta şirkətinin nizamnamə kapitalı 15 mlyon manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 manat olan 1,5 milyon ədəd səhm əsasında formalaşıb.

Məlumatda həmçinin deyilir ki, sığorta şirkətinə lisenziya 5 il müddətinə verilib. Onun İdarə Heyətinin sədri Roman Alpaşa oğlu Vəliyev, hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22 L-dir.

Qeyd edək ki, "Xalq Sığorta" da bu ünvanda fəaliyyət göstərir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır