SIĞORTA

Sığortaçılar bu nizamnamə əsasında fəaliyyət göstərir - FİNS
29 MART
403

Sığortaçılar bu nizamnamə əsasında fəaliyyət göstərir - FİNS

2019-03-29 15:28:00

Bəzən sığorta haqqında çox məlumatlı olduğumuzu düşünsək də, bu sahəni əslində tam öyrənmək üçün aylar, bəlkə də illər lazım olur. Çünki vaxt keçdikcə insan dəyişdiyi kimi qanunlarda da zaman-zaman redaktələr edilir və müasir dövrə uyğunlaşdırılır.

Fins.az bu dəfə Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalar bölməsində sığortaçılarla bağlı bəndləri sizin diqqətinizə çatdırır. Sözügedən bənddə sığortaçıların qanuna uyğun olaraq tərtib edilmiş nizamnamə əsasında fəaliyyət göstərdikləri bildirilir.

Belə ki, nizamnamədə edilən dəyişikliklər barəsində qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatı orqanına və müvafiq icra hakimiyyəti orqanına 15 gün müddətində məlumat çatdırılır. Elan edilmiş nizamnamə kapitalının dəyişməsi barədə məlumat həmin müddətdə müvafiq icra hakimiyyəti orqanına verilir.

                                                                               Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır