SIĞORTA

Sığortaçı bu halda məsuliyyət daşıyır - FİNS
28 MART
365

Sığortaçı bu halda məsuliyyət daşıyır - FİNS

2019-03-28 14:32:00

Bildiyiniz kimi mütəmadi olaraq sığorta haqqında maarifləndirici informasiyaları sizə təqdim edirik. Bu dəfəki yazımız sığortaçının öz fəaliyyəti barədə məlumat verməsi ilə bağlıdır.

Fins.az xəbər verir ki, bu barədə Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalar bölməsində xüsusi bənd yer alıb.

Həmin bənddə vurğulanır ki, sığorta müqavilələri bağlayarkən sığortaçı sığortalının tələbi ilə müvafiq sığorta növü üzrə xüsusi razılıq və öz maliyyə vəziyyəti barədə məlumatı (mühasibat balansını, mənfəət-zərər barədə hesabatı) və əvvəlki il üçün auditor rəyini, sığortaçının məlumatını təqdim etməlidir. Həmçinin yanlış və ya yarımçıq məlumat verməklə sığortalını çaşdıran sığortaçı qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

                                                                             Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır