SIĞORTA

“Bakı Sığorta”nın xalis mənfəəti 27% artıb
28 MART
240

“Bakı Sığorta”nın xalis mənfəəti 27% artıb

2019-03-28 09:17:00

“Bakı Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 10,554 mln. manat təşkil edib.

Fins.az Report-a istinadən istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,6% azdır.

2018-ci ildə “Bakı Sığorta”nın cəmi öhdəlikləri 28,5% azalaraq 1,276 mln. manata düşüb, cəmi kapitalı isə 3,7% artaraq 9,278 mln. manata çatıb.

Ötən il “Bakı Sığorta”nın gəlirləri 2,109 mln. manat (əvvəlki ilə nisbətən 15,65% az), xərcləri 1,691 mln. manat (22,15% az), mənfəət vergisi ödəmələri isə 84 min manat (27,4% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 334 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 27,4% çoxdur.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. Şirkətin əsas səhmdarı “Bank Respublika” ASC-dir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır