SIĞORTA

ASC "Standard İnsurance" Sığorta Şirkəti və TARSİM qurumu bir arada
15 MART
863

ASC "Standard İnsurance" Sığorta Şirkəti və TARSİM qurumu bir arada

2019-03-15 20:15:00

ASC "Standard İnsurance" Sığorta Şirkəti və TARSİM qurumu bir arada ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşkilatçılığı ilə Gəncə şəhərində təşkil olunmuş “Aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” adlı beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizə gələn TARSİM qurumunun rəhbəri Yusuf Cemil Satoğlu, qurumun əməkdaşı Zeki Karakurt və Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü "Standard İnsurance" SŞ-nin qonağı olub.

Fins.az xəbər verir ki, son 10 il ərzində aqrar sığorta sahəsində ən yaxşı təcrübəyə malik olan TARSİM qurumunun rəsmiləri ilə aqrar sığortanın hazırki vəziyyəti müzakirə olunub. Şirkətdə baş tutan ilkin görüşün ardından qurum rəsmiləri və İdarə Heyətinin sədri Anar Sadıxov daha iki görüşə qatılıb. İlk görüş Maliyyə Bazarlarına Nəzarət Palatasında baş tutub. Palatanın Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat infrastrukturuna nəzarət idarəsinin rəisi Firdovsi Ağaşirinov, həmin idarənin aparıcı mütəxəssisi Anar İslamov, Nəzarətin metodologiya və tənzimlənməsi idarəsinin əməkdaşları Afət Həsənova və Müşfiqə Əsgərovanın qatıldığı görüşdə kənd təsərrüfatında risklərin və qeyri-müəyyənliyin idarə olunması kimi mühüm məsələlər müzakirə olunub. Növbəti görüş Kənd Təsərrüfatı yanında Aqrar kredit və İnkişaf agentliyinin sədri Mirzə Əliyev, müavini Namiq Məmmədov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcovun iştirakı ilə baş tutub. Olduqca məhsuldar keçən görüşdə aqrar sığortanın inkişaf perspektivləri müzakirə olunub. Xatırladaq ki, Azərbaycanda kənd təsərrüfatının sığortası ilə bağlı hazırlanmış qanun layihəsində TARSİM modeli əsas götürülüb. ASC“Standard İnsurance" SŞ-dən Azərbaycan Respublikasında Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Stratejı Yol Xəritəsinin eləcə də milli iqtisadiyyatın perspektivi üzrə Stratejı Yol Xəritəsindən irəli gələn vəzifələrin icrası istiqamətində atılmış önəmli addımların davamlı olacağı bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır