SIĞORTA

Dövlət Agentliyi illik hesabatını açıqladı
15 MART
286

Dövlət Agentliyi illik hesabatını açıqladı

2019-03-15 11:52:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik)2018-ci il üzrə fəaliyyətinə dair hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, illik hesabatda Agentliyin tabeliyinə verilən tibb təchizatçılarında həyata keçirilən yeniliklər, pilot layihənin göstəriciləri üzrə nəticələr, tibbi statistik göstəricilər,icbari tibbi sığorta (İTS) sahəsində görülən işlər barədə məlumatlar öz əksini tapıb. Məlumat üçün bildirək ki, pilot layihə çərçivəsində İTS-nintətbiqinə Mingəçevir şəhərində və Yevlax rayonunda 01 yanvar 2017-ci il, Ağdaş rayonunda isə 16 fevral 2018-ci il tarixlərindən etibarən başlanılıb.

Layihə müddətində əhalidən sığorta haqqı toplanılmayıb. Hesabat dövrü ərzində pilot ərazilərdə sığorta olunanların sayı 340 min 600 nəfər təşkil edib. Agentlik pilot layihə müddətində qarşısına qoyduğu hədəflərə çatmaq məqsədilə müvafiq tədbirlər həyata keçirib. Belə ki, Agentliyin tabeliyinə verilmiş tibb təchizatçılarının ümumi əmək haqqı fondu artırılmış, maddi-texniki bazası, dərman preparatları və tibbi sərfiyyat vasitələri üzrə təchizatı yaxşılaşdırılıb.

Pilot layihənin göstəriciləri onu deməyə əsas verir ki, səhiyyə sahəsində nəzərə çarpacaq dərəcədə irəliləyişə nail olunub, Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında çalışan tibb işçilərinin iş şəraitləri (70%) və əmək haqları (63%) ilə bağlı məmnunluqları yüksəlib. Pilot ərazilərdə yaşayan sığortaolunanlar və məcburi köçkünlər baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilib, əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb.

Nəticədə göstərilən xidmətlərdən məmnunluq və tibbi xidmətlərə əlçatanlıq səviyyəsi əhali arasında müvafiq olaraq 87% və 77% (Mingəçevir şəhər və Yevlax rayonu üzrə göstəricilər ümumiləşdirilmişdir), Ağdaş rayonu üzrə isə müvafiq olaraq 90% və 62% təşkil edib.

Pilot ərazilərdə fəaliyyət göstərən tibb təchizatçılarının fəaliyyətinin optimallaşdırılması məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, 2016-cı il ilə müqayisədə çarpayıda keçirilən günlərin orta sayı 11,7-dən 4,6-ya qədər azalıb. Bundan əlavə, 2018-ci ildə Ağdaş rayonundakı tibb təchizatçılarının çarpayı fondu optimallaşdırılıb və çarpayıların sayı 370-dən 170-ə enib. 2018-ci ildə pilot ərazilərdə həkimə gəlişlərin sayı 1,1 milyon, evə yazılan xəstələrin sayı 21 min 454nəfər, cərrahi əməliyyatların sayı isə 9 min 346 təşkil edib. 2017-ci illə müqayisədə ötən il həkimə gəlişlərin sayında 27% artım müşahidə olunub. Evə yazılan xəstələrin 60%-i, cərrahi əməliyyatların isə 74%-i Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının payına düşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır