SIĞORTA

Sığorta müqaviləsinin bağlanma şərtləri - FİNS
13 MART
373

Sığorta müqaviləsinin bağlanma şərtləri - FİNS

2019-03-13 15:01:00

Sığorta müqaviləsinin bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı təklif verir, yaxud bu niyyətini şifahi bildirir. Fins.az xəbər verir ki, bu barədə Sığorta haqqında Azərbaycan Respublikasının Ümumi Müddəalarında qeyd olunur. Qanunun 25-ci maddəsində bildirilir ki, sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir. Həmçinin sığortaçı, agent və brokerin sığorta müqaviləsi bağlamaq üçün fiziki və ya hüquqi şəxslərə onların hüquq və vəzifəsi haqqında, habelə broşurada, izahat kitabçalarında, reklam və elanlarda yalan, çaşdırıcı və ya aldadıcı məlumatı verməsi qadağandır.

                                                                                                                                         Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır