SIĞORTA

PAŞA Sığorta şirkəti 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə yeni kampaniyaya başlayır
01 MART
422

PAŞA Sığorta şirkəti 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə yeni kampaniyaya başlayır

2019-03-01 10:33:00

Hər zaman müştərilərinin rahatlığını düşünən PAŞA Sığorta şirkəti ənənəvi olaraq 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə xanımları sevindirməyə tələsir.

Beləliklə, 1-19 Mart tarixlərində PAŞA Sığorta şirkətinə müraciət edərək minimum 350 AZN dəyərində PASHA Ladies  KASKO sığorta məhsulunu əldə edən  xanımlar hədiyyə olaraq “Zuleykha Accessories”-dən 100 AZN dəyərində hədiyyə kartı qazanır.

Zuleykha Accessories- yerli aksessuar brendi olub, qadın, kişi və uşaqlar üçün fərqli aksessuarlar təqdim edir. Brendə məxsus məhsullar gümüş və poladdan, təbii və alternativ daşlardan hazırlanan milli və müasir dizaynlı əşyalardan ibarətdir. Hazırda butik alıcılarını 28 Mall, 3-cü mərtəbə və Park Bulvar, 2-ci mərtəbədə qarşılayır.

Nəzərinizə çatdıraq ki, «PASHA LADIES» özəlliklə xanımlar üçün nəzərdə tutulan ilk və yeganə KASKO sığortası məhsuludur.  «PASHA LADIES» -i əldə edən bütün xanımlar özəl karta sahib olur və bununla müxtəlif məkanlarda ENDİRİM və ÜSTÜNLÜKLƏRDƏN yararlanmaq imkanı qazanırlar. Əsas üstünlüklərdən biri də ondan ibarətdir ki, bu məhsulu əldə edən xanımların hadisəsi olduğu zaman xüsusi taksi xidməti ilə təmin olunur. Əlavə olaraq bildirmək istərdik ki, PASHA Ladies sığorta məhsulu çərçivəsində Sizlər sığorta haqqını hissə-hissə də ödəyə bilərsiniz.

«PASHA LADIES» məhsulu və hal hazırda keçirilən kampaniya barədə ətraflı məlumat: *7000 Sığorta Məsləhətləri Xətti və ya www.pasha-insurance.az saytına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır