SIĞORTA

A-Qroup sığorta haqları yığımında artım nümayiş etdirdi
25 FEVRAL
315

A-Qroup sığorta haqları yığımında artım nümayiş etdirdi

2019-02-25 12:41:00

23 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup sığorta şirkəti 2018-ci ilin nəticələrini açıqlayıb.

Keçən ilin maliyyə hesabatına görə sığorta haqlarının həcmi 13 169 698.20 AZN təşkil edərək 2017-ci ilin göstəricilərdən artıq olmuşdur.

Həmişə olduğu kimi daxil olmaların böyük hissəsi Könüllü Tibbi Sığorta üzrə olmuşdur.

KASKO üzrə sığorta haqları 2,5 dəfə artmışdır.

2018-ci ildə sığorta ödənişlərinin məbləği 8 064 435,77 AZN təşkil etmişdir. Siğortallıların gündəlik sığorta ödənişi məbləği 22 000 AZN təşkil etmişdir.

2018-ci ildə A-Qroup korporativ müqavilələrin sayını 30% artırmışdır.

Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir və A-Qroup 23 ildən artıq sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir, müştərilərə göstərilən xidmətin keyfiyyətinin  yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin azaldılması, zərərlərin tənzimlənməsi prosessinin effektivliyinin artırılmasıüçün daim çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır