SIĞORTA

Qeyri-həyat sığortası bazarında yığım 0,7% artıb
25 YANVAR 2016
1431

Qeyri-həyat sığortası bazarında yığım 0,7% artıb

2016-01-25 12:27:00

2015-ci ildə Azərbaycanda toplanmış sığorta haqlarının 326,4 milyon manatı və ya 73,7%-i qeyri-həyat sığortasının payına düşüb. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına əsasən, 2014-cü illə müqayisədə qeyri-həyat sığortası bazarı 0,7% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 23,6%-i və ya 76,2 milyon manatı avtomobillərin icbari sığortasının, 22,3%-i və ya 72,9 milyon manatı tibbi sığortanın, 10,7%-i və ya 34,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,7%-i və ya 28,3 milyon manatı kasko sığortasının, 7,8%-i və ya 25,3 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 26,9%-i və ya təxminən 89 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

İl ərzində sığorta ödənişlərinin 71%-ni və ya 128 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilə nisbətən 0,4% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 40%-i və ya 51,3 milyon manatı tibbi sığortanın, 26,1%-i və ya 33,4 milyon manatı avtomobillərin icbari sığortasının, 18,5%-i və ya 23,7 milyon manatı kasko sığortasının, qalan 14,4%-i və ya təxminən 19,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,2 manatı ödəniş edilib. 2014-cü ildə isə bu rəqəm 39,7 manat olub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027