SIĞORTA

Azərbaycanın sığorta bazarı 5,3% artıb
29 DEKABR 2015
1657

Azərbaycanın sığorta bazarı 5,3% artıb

2015-12-29 10:46:00

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 403,1 milyon manat sığorta haqqı toplanıb. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 5,3% çoxdur.

11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 157,5 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 39,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-noyabr aylarında 37,5 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027