SIĞORTA

“PAŞA Həyat” nəticələrini açıqladı
27 NOYABR 2015
1835

“PAŞA Həyat” nəticələrini açıqladı

2015-11-27 12:26:00

“PAŞA Həyat” sığorta şirkəti bu ilin yanvar-oktyabr ayları üzrə topladığı sığorta haqlarının və həyata keçirdiyi sığorta ödənişlərinin məbləğini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, 10 ay ərzində ümumi yığım 48 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,6% çoxdur. Hazırda şirkət 49%-lik payla Azərbaycanda həyat sığortası bazarının lideridir.

“PAŞA Həyat”ın sığorta ödənişləri isə ötən ilə nisbətən 3,3 dəfə artaraq 8,17 milyon manat təşkil edib. Şirkət icbari sığorta növləri üzrə 0,98 milyon manat, könüllü sığorta növləri üzrə isə 7,19 milyon manat ödəniş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır