SIĞORTA

"PAŞA Sığorta" 400 min manat da ödəniş etdi
20 NOYABR 2015
1669

"PAŞA Sığorta" 400 min manat da ödəniş etdi

2015-11-20 09:23:00

“PAŞA Sığorta” şirkəti oktyabr ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ay ərzində sığorta ödənişlərinin ümumi həcmi 24,5% artıb. Belə ki, sentyabr ayında 2 327 255 sığorta ödənişi verilibsə, oktyabrda bu rəqəm 2 897 582 manat olub. Şirkətin ödənişlərinin 87 %-ni tibbi xərclər təşkil edib. Ümumi ödənişlərin artmasına da tibbi xərclərin artması təsir edib. Belə ki, sentyabr ayında tibbi sığorta üzrə 2 085 630 ödəniş edilibsə, ötən ay buna görə 2 519 132 manat pul xərclənib. Bu isə xəstələnənlərə görə əlavə olaraq 433 502 manat ödəniş edildiyi deməkdir. Avtomobil qəzalarına görə isə zərərlər 38% artaraq 228 205 manat olub. Icbari sığortalar üzrə 86 089 manat, yük sığortası üzrə 21 295 manat, məsuliyyət sığortası üzrə 19 000 manat, təkrar sığorta üzrə 16 288 manat, elektron cihazlara dəyən ziyan üzrə 4 326 manat və əmlak sığortasına görə 3 995 manat sığorta ödənişi verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır