SIĞORTA

Azərbaycanın sığorta bazarı 8% artıb
20 OKTYABR 2015
1267

Azərbaycanın sığorta bazarı 8% artıb

2015-10-20 10:47:00

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə 339,3 milyon manat sığorta haqqı toplanıb. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 8% çoxdur.

9 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 127,4 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37,6 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-sentyabr aylarında 37,1 manat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027