SIĞORTA

Bu şirkət “Azal”dan 4-5 dəfə ucuz aparır
02 DEKABR 2014
4587

Bu şirkət “Azal”dan 4-5 dəfə ucuz aparır

2014-12-02 00:00:00

Rusiyanın "Aeroflot" şirkəti özünün endirimli bölməsini - “Pobeda” loukoster şirkətini işə salıb. Dekabrın 1-də “Pobeda” şirkəti Moskva-Volqoqrad marşrutu üzrə öz ilk kommersiya uçuşu edib. 181 sərnişini daşıyan təyyarə Moskvanın Vnukovo limanından 2 saata  Volqoqrada çatıb.

1000 kilometri cəmi 40 manata

Yeni şirkətin özəlliyi burada biletlərin kəskin ucuz olmasıdır. Belə ki, Mlskva-Volqoqrad reysi sərnişinlərə cəmi 2450 rubla (40 manata) başa gəlib. Dekabrda loukosterin uçuşlarının sayı artacaq. Bu şirkətlə Moskvadan Perm, Samara, Yekaterinburq, Tümen, Surqut və Belqorod şəhərlərinə gündəlik uçuşların başlanması nəzərdə tutulub. Biletlərin minimal qiyməti isə bir tərəfə 999 rubl (17 manat) təşkil edir.

"AZAL"dan 4-5 dəfə ucuz biletlər təklif edir

Müqayisə üçün bildirək ki, bu qiymət Azərbaycanın Hava Yolları şirkəti "AZAl"ın ölkədaxili reyslərindən xeyli aşağıdır.  Belə ki, “Pobeda” loukosteri təqribən 1000 kilometr məsafəyə cəmi 40 manata daşıdığı halda, "AZAL"ın təyyarəsi ilə ən ucuz təyyarə reysi - Bakıdan cəmi 160 kilometr məsafədə Qəbələyə uçuş - 30 manata başa gəlir.  Digər istiqamətlərdən Bakı-Gəncə reysi ilə uçuş 30 manata, Bakı-Naxçıvan reysi üçün bilet isə 50 manatadır.

İldə 10 milyon sərnişin daşıyacaq

Hazırda "Pobeda" şirkətinin 3 təyyarəsi var, ilin sonunadək onların sayının 8-ə, 2018-ci ildə isə 40-a çatması nəzərdə tutulub. Ekspertlər hesab edir ki, yeni loukoster hava daşımalarında kifayət qədər böyük yer tuta bilər- sərnişin axınının 7-8%-i  həcmində-, ekspertlər qeyd edirlər. Ehtimal olunur ki, şirkət daha 45 marşrut üzrə fəaliyyət göstərəcək və 10 milyon nəfərdən çox sərnişin daşınacaq.

"Bizə loukoster lazım deyil"

Qeyd edək ki, dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda hava nəqliyyatında ucuz sərnişin daşımaları xidməti (loukoster) yoxdur. Bir qədər əvvəl Azərğaycanın Mədəniyyət və Turizm Nazirliyi və Turizm Assosiasiyası ölkədə aşağ qiyməoə reyslər təşkil edən yeni aviaşirkətin yaradılması üçün "AZAL"a müraciət ediblər. Təklif müəllifləri bildirib ki, belə şirkətin yaradılması turizmin inkişafına müsbət təsir edəcək və əhali arasında populyarlıq qazanacaq. Amma "AZAL" bəyan edib ki, öz loukoster şirkətini yaratmaq niyətində deyil. "AZAL"ın bundan daha ciddi işləri və problemləri var"- deyə şirkətdən bildirmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır