SIĞORTA

Gecə qəzalarına qarşı yeni üsul tapılıb
02 DEKABR 2014
1746

Gecə qəzalarına qarşı yeni üsul tapılıb

2014-12-02 00:00:00

İsraildə gecə qəzaları ilə mübarizə aparmağa kömək edəcək kampaniya başlayıb. Fins.az Haaretz.com-a istinadən xəbər verir ki, İsrailin ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsində gecəyarıdan səhər saat 6-dək qədər cəmi 1 şekelə (təxminən 20 qəpik) 1 fincan kofe almaq mümkün olacaq. Bu adi kofedən təqribən 5 dəfə ucuzdur. Sürücülər hər kofe fincanı ilə birlikdə gecə avtomobil idarə etmə qaydaları haqqında yol təhlükəsizliyi mərkəzinin məsləhətlər kitabçasi təqdim olunur.

Kampaniyanın təşəbbüskarı nəqliyyat nazirliyidir. "Kampaniyanın məqsədi sürücüləri oyaq saxlamaqdır ki, bu da gecə qəzaların sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək"-deyə nazirlikdən bildiriblər. Onun sözlərinə görə, yorğunluq və kifayət qədər sayıqlığın olmaması gecə qəzalarının əsas səbəbləridir.

Baxmayaraq ki, gecə yollar boşdur, bütün qəzaların17%, ölümlə nəticələnən qəzaların isə 18% məhz qaranlıq vaxtları baş verir. Maraqlıdır ki, yanacaqdoldurma məntəqələri bu kampaniyada dövlət yardımı almadan iştirak etməyə razılaşıblar. Çünki onlar kofe içən sürücülərin məntəqədə digər malları da alacağına ümid edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027