SIĞORTA

Sığortasız “Lexus” velosipedçini vurub
03 DEKABR 2014
1146

Sığortasız “Lexus” velosipedçini vurub

2014-12-03 00:00:00

Abşeron rayonunun Masazır qəsəbəsində ağır yol qəzası baş verib.

Fins.az  axar.az-a istinadən xəbər verir ki, Masazır qəsəbəsi, Əliağa Vahid prospektində 10 NT 994 nömrəli “Lexus” markalı avtomobil yolun kənarı ilə hərəkət edən velosipedçini vurub. Avtomobilin sürəti yüksək olduğundan, velosipedçini vurandan sonra “Lexus” yarımçıq tikiliyə çırpılıb. Velosipedçi başından ağır xəsarət alıb və dərhal yaxınlıqdakı poliklinikaya qaldırılıb.Hadisə yerində DYP əməkdaşları araşdırma aparır.

İcbari Sığorta Bürosundan (İSB) fins.az-a verilən məlumata görə, 10 NT 994 nömrəli  “Lexus”un sığortası olmayıb. Belə ki, avtomobilin icbari sığortasının müddəti 1 ay əvvəl bitib. Qeyd edək ki, bu halda velosipedçiyə dəymiş ziyanı sürücü ödəmədiyi halda  İSB təmin etməli olacaq. “İcbari sığortalar haqqında” qanuna əsasən İSB daha sonra vurulan zərəri sürücüdən tələb edir. Qanuna əsasən velosipedçi xəsarətin dərəcəsindən aslı olaraq 750-4000 manat arasında kompensasiya ala bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır