SIĞORTA

İran Milli Bankı Azərbaycanı tərk etməyəcək
03 DEKABR 2014
1200

İran Milli Bankı Azərbaycanı tərk etməyəcək

2014-12-03 00:00:00

İran Milli Bankının Bakı filialı ilin sonunadək məcmu kapitalını Azərbaycan Mərkəzi Bankının (AMB) tələb etdiyi həddə - 50 milyon manata çatdırmağı planlaşdırır. Bu barədə fins.az-a filialın baş mühasibi Elxan Rəhimli məlumat verib. Onun sözlərinə görə, hazırda bankın məcmu kapıtalı 39 milyon manatdır və bu hədd  AMB-nin tələbinə cavab vermir: " Amma bu ayın sonuna qədər kapital göstəricisi 50 milyon manata çatdırılacaq".

Baş mühasib deyib ki, bank filial formasında fəaliyyət göstərdiyi üçün, yəni səhmdar cəmiyyət olmadığı üçün kapitalın artırılması prosesi digər banklarla olduğu kimi, səhm emissiyası hesabına baş vemir. Bankın Tehrandakı baş ofisi kapitalı adi qaydada artırıb və bu ayın sonuna kimi filiala daha 11 milyon manat pul qoyulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır