SIĞORTA

Azərbayan qənaət rejiminə hazırlaşır
03 DEKABR 2014
1324

Azərbayan qənaət rejiminə hazırlaşır

2014-12-03 00:00:00

Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın büdcəsinə və hökumətin planlarına təsir edə bilər. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Rossiya 24” telekanalına verdiyi müsahibəsdə bildirib.

Amma onun sözlərinə görə, hökuməti bu vəziyətə, hətta neftin 60 dollarlıq qiymətinə də hazırdır: "Dünya bazarlarında neftin qiymətlərinin azalması “sözsüz ki, bizim planlarımıza mənfi təsir göstərəcək. Lakin biz neftin bir barelinin qiymətinin 60 dollara qədər azalacağı təqdirdə iqtisadiyyatın stabil inkişaf edə bilməsi üçün müxtəlif ssenarilər hazırlamışıq”, – deyə o əlavə edib.
İ.Əliyev qeyd edib ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 90 dollar səviyyəsində təsdiq olunub. 2014-cü ilin büdcəsində bu göstərici 100 dollar təşkil edib.

İnfrastruktur layihələrinə xərclər azalacaq

“Neftin qiymətlərinin azalmasında yeganə mənfi cəhət budur ki, biz bir il ərzində həyata keçirməli olduğumuz planları iki il ərzində gerçəkləşdirməli olacağıq. Prioritet olmayan istiqamətlər, infrastruktur layihələr üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, bundan qabaqkı illərdə biz bu layihələrin çox hissəsini həyata keçirmişik”, – deyə o qeyd edib.
Dövlət başçısı deyib ki, dünyada neftin qiymətləri ilə bağlı xaos müşahidə olunur, bu günə qədər heç kim baş verənlərin səbəblərini dəqiq izah edə bilmir.

Neft sektoru ÜDM-nin 1/3-ü qədər olmalıdır

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan neft sektorunun xüsusi çəkisinin ÜDM-in 1/3-nə qədər azaltmağa çalışır. “Azərbaycan çalışacaq ki, neft sektoru ÜDM-in üçdə birini təşkil etsin. O zaman iqtisadiyyatın şaxələnməsi siyasətini uğurlu hesab etmək olar. Hazırda ÜDM-də neft sektorunun xüsusi çəkisi 45% təşkil edir”,- deyə İ.Əliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır