SIĞORTA

Mobil danışıqlar ucuzlaşacaq
03 DEKABR 2014
2331

Mobil danışıqlar ucuzlaşacaq

2014-12-03 00:00:00

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaxın zamanda mobil rabitə xidmətlərinin tariflərinin endiriləcəyini proqnozlaşdırır.

Fins.az-ın “ICTnews”-a istinadən məlumatına görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov yaxın zamanda mobil rabitə operatorlarının vahid arabağlantı tariflərinə keçəcəklərini bildirib.

“Bununla bağlı artıq mobil rabitə operatorları ilə ümumi razılaşma əldə edilib. Mobil rabitə operatorlarının vahid arabağlantı tariflərinə keçməsi  bazarda rəqabətin  balanslaşdırılmasına imkan verəcək”, -  deyə nazir Ə. Abbasov qeyd edib.

Nazirin sözlərinə əsasən, yeni arabağlantı qiymətləri daha aşağı olduğu üçün mobil rabitə operatorları da son istifadəçilərə daha aşağı qiymətlə xidmət göstərə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır